“Banklar gecikən kreditləri problemli kreditlər kimi rəsmilləşdirməyə həvəsli deyil”- Ekspert

9,906 oxunub

"Problemli kreditlərin həcmi 1 miyard 442 milyon manata çatıb.”

Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. O, qeyd edib ki, bu 16 milyard 275 milyon manatlıq kredit portfelinin 8,9 faizi deməkdir:

"Neftin dünya bazar qiyməti aşağı düşməyə başlayanda bu rəqəm 5 faiz ətrafında dəyişirdi. Bununla belə, aparılan monitorinqlər göstərir ki, banklarda problemli kreditlərin məbləği Mərkəzi Bank tərəfindən rəsmi elan edilən rəqəmdən daha böyükdür. Fərqli səbəblərdən banklar yubanan kreditləri problemli kreditlər kimi rəsmilləşdirməyə həvəsli görsənmirlər. Kredit götürənlərin ödəmə qabiliyyətinin azaldığını nəzərə alsaq, o zaman növbəti aylarda da problemli kreditlərin həcmində artımlar qaçılmazdır.”

Ekspert problemli kreditlərin xeyili hissəsinin geri qaytarılmasının mümkünsüz hesab edir: "Halbuki, 2015-ci ilin əvvəlində təklif etdiyimiz kimi, Mərkəzi Bank sadəcə problemli kreditlərin yarısı qədər məbləğı xarici valyutada olan kreditlərə kompensasiya kimi ödəsəydi 10 min dollaradək istehlak kreditlərinə güzəşt tətbiq edə bilərdi. Mərkəzi Bank kreditlərə güzəşt versəydi, nə problemli kreditlərin həcmi bu qədər şişərdi, nə də kredit borcu olanların ödəmə qabiliyyəti pisləşərdi.”

Vüqar Bayramovun fikrincə, güzəşt tətbiq edilməyincə problemli kreditlərin həcmində artımlar davam edəcək.

Bahar RÜSTƏMLİ

.
XƏBƏRLƏR 28-07-2026
09:16 Vuçiçi ölümlə təhdid edən şəxs saxlanılıb
09:01 Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib
27-07-2026
19:39 Ukrayna Antikorrupsiya Bürosu XİN-in sabiq rəsmisinin rəhbərlik etdiyi cinayətkar qrupu ifşa edib
19:06 AP: Vasitəçilər ABŞ və İranı yenidən danışıqlara qaytarmaq istiqamətində irəliləyiş əldə ediblər
19:01 Azərbaycanın Rusiya ixracı 3 % artıb, idxalı isə 42 % azalıb
18:23 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
18:10

Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi keçirilib

18:03 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqlənib
17:31 Peskov: Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir
17:26 "Toplum TV" işi üzrə hökm oxunub
17:03 "Amay" ticarət mərkəzinin qarşısında başına yad cisim düşən kişinin vəziyyəti açıqlanıb
16:59 Səudiyyə Ərəbistanı neft obyektlərinə yönələn PUA-ların məhv edildiyini açıqlayıb
16:29 MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yayıb 
16:10 Azərbaycanda bu ilin II rübündə qaz hasilatı 1 % artıb
15:54 Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb
Təqvim