
08 sentyabr 2023-cü il tarixində “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının növbədən kənar Ümumi Yığıncağı keçiriləcəkdir. Tədbir Bakı şəhəri, Xətai prospekti, 38 ünvanın da yerləşən bankın baş ofisində Bakı vaxtı ilə saat 11:00-da baş tutacaq.
Səhmdarlar yığıncağının gündəliyi aşağıdakı kimidir:
1. Bank VTB (Azərbaycan) ASC-ninSəhmdarlarının növbədən kənar Ümumi Yığıncağının katibinin seçilməsi haqqında.
2. Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurası üzvlərinin səlahiyyətlərinin uzadılması haqqında.