2023-cü ildə Bakı şəhərində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 milyard 572,9 milyon manatlıq məhsul satılıb.

Yenizaman Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilə nisbətən müqayisəli qiymətlərlə 7,6% artıb.

Ötən il paytaxt sakinləri ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 20 milyard 695 milyon manat (illik müqayisədə 2.3% çox), qeyri-ərzaq məhsullarına isə 14 milyard 877,9 milyon manat (illik müqayisədə 16% çox) vəsait xərcləyib.

Ötən il Bakı şəhərində ən yüksək pərakəndə ticarət dövriyyəsi dekabr ayında ( 5 milyard 832 milyon manat), ən aşağı dövriyyə isə aprel ayında (2 milyard 75 milyon manat) qeydə alınıb.

Məlumata görə, paytaxda satılmış məhsulların 99.8%-i (35 504,7 milyon manatı) özəl sektorunun təsərrüfat subyektləri tərəfindən satılıb.

Hesabat dövründə paytaxtın pərakəndə ticarət şəbəkələrində ən çox məhsul Nəsimi, Sabunçu və Nizami, ən az məhsul isə Pirallahı, Xəzər və Suraxanı rayonlarında satılıb.

Rayonlar 2022-ci il min. manat 2023-cü il min. manat
Nəsimi 3 929 906 4 695 085
Sabunçu 3 908 068 4 419 865
Nizami 3 390 404 4 061 523
Xətai 3 524 587 4 048 014
Nərimanov 3 119 095 3 493 255
Qaradağ 2 825 671 3 225 367
Yasamal 2 764 505 3 150 508
Səbail 2 395 376 2 937 102
Binəqədi 2 480 824 2 769 583
Suraxanı 1 568 154 1 652 734
Xəzər 900 649 1 105 191
Pirallahı 11 847 14 701
.