Bakıda qətl hadisəsi baş verib.

Hadisə Nəsimi rayonunda, “Şamaxinka” ərazisində baş verib.

Kişinin küçədə arvadına ov tüfəngindən atəş açdığı, daha sonra özünü vurduğu bildirilir.

İlkin məlumata görə, qadın hadisə yerində ölüb.

Xəsarət alan kişi polis əməkdaşlarının nəzarəti ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda baş verən silahlı insident zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.

Ölən şəxs 44 yaşlı Amalya Qəhrəmanova, xəsarət alan isə 43 yaşlı Zaur Qəhrəmanovdur.

.