Azərbaycanlı futbolçu Murad Məmmədov Kiprin "Pafos" klubunun UEFA Konfrans Liqası üçün iştirak ərizəsinə salınıb.
"Goal News" nəşrinə istinadən xəbər verir ki, buna səbəb komandanın kamerunlu vingeri Mumi Nqamaleunun ciddi zədə almasıdır.
Əməliyyat olunan futbolçunun 4-5 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
"Pafos"un məşqçilər korpusu UEFA-nın reqlamentindən istifadə edərək, Nqamaleunun əvəzinə Murad Məmmədovu sifariş edib.
Qeyd edək ki, "Pafos" noyabrın 26-da Konfrans Liqasının əsas mərhələsinin IV turunda Danimarkanın "Midtyulland" klubunu qəbul edəcək.
.
