Yeni Zaman Partiyasını sədri Musa Ağayev Laçın-Şuşa yolunda baş verənlərə münasibət bildirib.

"Erməni işğalı dövründə Azərbaycanın ətraf mühitinə ciddi ziyan vurulub, təbii sərvətlər qanunsuz olaraq istismar edilib, indidə müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə bu, davamedir. Xüsusən, "Qızılbulaq" və "Dəmirli" yataqları qanunsuz istismar olunur.

Bu yataqlarda monitorinq aparılması məsələsinin sülhməramlılarla razılaşdırılmasına baxmayaraq, dekabrın 10-da Azərbaycan mütəxəssisləri yataqlara buraxılmayıb.
Azərbaycan vətəndaş cəmiyyətinin fəalları Azərbaycan ərazisində ölkənin suverenliyinin pozulması ilə həyata keçirilən qanunsuz fəaliyyətə etirazlarını bildirmək üçün Laçın-Xankəndi yolunun Şuşa yaxınlığındakı hissəsində toplaşaraq bu qanunsuz fəaliyyətin davametməsinə etiraz edirlər.

Musa Ağayev qeyd edib ki, etirazçıların hərəkətləri hüquqi çərçivələrə uyğundur. "Onlar qanuni tələblər irəli sürürlər. Onlar Qarabağda ekoloji terrora son qoyulmasını tələb edirlər". 

Partiya sədri qeyd edib ki, Qarabağa aid bütün məsələlərdə Azərbaycan Hakimiyyətini  dəstəkləyir.
 

.