Bu ilin yanvar-fevral aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 909 milyon 791 min ABŞ dolları təşkil edib.

Yenizaman Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,5 % azdır.

İki ayda Azərbaycanla MDB ölkələri arasında 223 milyon 483 min ABŞ dolları dəyərində (illik müqayisədə 15,6 % az) ixrac, 686 milyon 308 min ABŞ dolları dəyərində (18% az ) idxal əməliyyatları həyata keçirilib.

Hesabat dövründə MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 4,7 %, ümumi idxalında payı isə 28,05 % təşkil edib.

Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstanla formalaşıb.

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 591 milyon 253 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 155 milyon 131 min ABŞ dolları, idxalın dəyəri isə 436 milyon 122 min ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 22,3 % , ixrac 20,8 %, idxal isə 22,9 % azalıb.

Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin dəyəri 74 milyon 411 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 5 milyon 423 min ABŞ dolları, idxalın dəyəri isə 68 milyon 988 min ABŞ dolları təşkil edib. İl ərzində ticarət dövriyyəsi 15,2 %, ixrac 9,2 %, idxal isə 58,9 % artıb.

Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 72 milyon 16 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 20 milyon 778 min ABŞ dolları, idxalın dəyəri isə 51 milyon 238 min ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 20,8 %, ixrac 5,8 %, idxal isə 28,3 % artıb.

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin dəyəri 53 milyon 943 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 7 milyon 272 min ABŞ dolları, idxalın dəyəri isə 46 milyon 671 min ABŞ dollar olub. İl ərzində ticarət dövriyyəsi 45,9 %, ixrac 63,8 %, idxal isə 41,4 % azalıb.

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin dəyəri 23 milyon 122 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 3 milyon 878 min ABŞ dolları, idxalın dəyəri isə 19 milyon 244 min ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 0,4 % artıb, ixrac 28,8 % azalıb, idxal isə 9,4 % artıb.

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin dəyəri 19 milyon 678 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 18 milyon 159 min ABŞ dolları, idxalın dəyəri isə 1 milyon 519 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 6 dəfə, ixrac 8,5 dəfə, idxal isə 32,8 % artıb.

.