Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 728 milyon 271 min ABŞ dolları təşkil edib.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31,4 % azdır.
Hesabat dövründə Rusiya ilə aparılan ticarət əməliyyatlarının həcmi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin təxminən 7 %-inə bərabər olub.
Azərbaycanın Rusiyaya ixracı il ərzində 3 % artaraq 608 milyon 557,29 min ABŞ dolları səviyyəsinə yüksəlib. Eyni zamanda, Rusiyadan həyata keçirilən idxal əməliyyatlarının həcmi isə 42 % geriləyərək 1 milyard 119 milyon 713,96 min ABŞ dollarına qədər azalıb.
Qeyd edək ki, 6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb. Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
.
