
Ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 2 707 608,8 min manat təşkil edib, bu da illik müqayisədə 7,6% artım deməkdir.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ildə sözügedən göstərici 2 516 082,5 min manat səviyyəsində olub.
Qeyd etmək lazımdır ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub.
Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb (4,3%-lik artım).
.