Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.
Bu gün Biləcəri stansiyasından Ermənistana 16 vaqon (986 ton) dizel yanacağı göndərilib.
Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqondan ibarət, çəkisi 406 ton olan gübrə, 4 vaqondan ibarət, çəkisi 276 ton olan taxıl yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 9 min ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
.
