Bu ilin I yarısında Azərbaycanda 4 min 979,6 ton qaymaq və xama istehsal edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % azdır.

Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı isə illik müqayisədə 3,7 % azalaraq 26 min 229,9 tona düşüb.

İyulun 1-nə respublikada 0,2 ton qaymaq və xama ehtiyatı, 77,6 ton isə pendir və kəsmik ehtiyatı yaranıb.

Xatırladaq ki, 6 ayda Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 12 % çoxdur.

.