Ötən il Azərbaycanda beynəlxalq dəmiryolu nəqliyyatı ilə 3 milyard 59 milyon 692,8 min ABŞ dolları dəyərində 7 milyon 80 min 152,2 ton yük daşınıb.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, 2024-cü il ilə müqayisədə müvafiq olaraq 8,1 % və 8,3 % azdır.

2025-ci ildə 895 milyon 878,2 min ABŞ dolları dəyərində 2 milyon 709 min 729,9 ton yük ixrac olunub, 2 milyard 163 milyon 814,6 min ABŞ dolları dəyərində 4 milyon 370 min 422,3 ton yük idxal edilib.

Hesabat ilində ixrac olunan yükün dəyəri 6,5 % artıb, həcmi 2,4 % azalıb, idxal olunan yükün isə dəyəri 13,1 %, həcmi 11,7 % azalıb.

.