Bu ilin I rübündə Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 % artaraq 3 milyard 154,5 milyon manat təşkil edib.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Bununla da, sektorun ümumi daxili məhsulda (ÜDM) payı 5,5 %-dən 6,8 %-ə yüksəlib", - deyə o qeyd edib.

.