Bu ilin yanvar-iyul aylarında Azərbaycanda vergi orqanlarına 274 859, o cümlədən iyul ayında 46 237 müraciət daxil olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, aylıq müraciətlərin 93,3 %-i ərizələr, 6,6 %-i şikayətlər, 0,1 %-i müxtəlif təkliflər olub. Müraciətlərdən 72,4 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 27,6 %-i isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 65,3 %-i həll olunub, 33,3 %-i barədə müvafiq izahat verilib, qalanları barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

7 ay ərzində həll edilmiş 3 527 faktiki şikayət, əsasən, kameral vergi yoxlamaları, sosial sığorta ödənişləri, maliyyə sanksiyalarının silinməsi, vergi ödəyicilərinin qeydiyyatı, şəxsi hesab vərəqələri, vergi borcu və digər məsələlərlə bağlı olub.

Yanvar-iyul aylarında Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 414 vətəndaşı qəbul edib. Bunun 67-si iyul ayının payına düşüb. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.

.