
Prezident İlham Əliyevin strateji inkişaf kursunun uğuru nəticəsində Azərbaycan yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Ötən dövrdə qeyri-neft-qaz iqtisadiyyatı 4 milyard ABŞ dollarından 41 milyard ABŞ dollarınadək böyümüşdür.
Əlavə dəyər qeyri-neft-qaz sənayesində 4,7 dəfə, turizmdə 19 dəfəyədək, informasiya və rabitədə 23 dəfə, nəqliyyat sektorunda 5 dəfəyədək artıb. 2022-ci ildə qeyri-neft/qaz məhsullarının ixracı 2002-ci illə müqayisədə 12 dəfəyədək artaraq müstəqillik dövründə ilk dəfə 3 milyard ABŞ dollarını ötüb", - o deyib.
Qeyd edək ki, 2023 cü il oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Niriyevin həmsədrliyi ilə " Gülüstan" Sarayında "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfrans keçirilir.
.