“Keçmiş təmas xəttindən uzaqda, bir müddət əvvəl 2021-ci il Ermənistan istehsalı olan minaların aşkar edildiyi Laçın rayonunda növbəti mina partlayışı nəticəsində azərbaycanlı mülki şəxs xəsarət alıb.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, 2020-ci ildən bəri Azərbaycanın mina qurbanların sayı 290 nəfərdir.

“Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir”, - məlumatda deyilir.

.