Milli Məclisin sədri Sahibə Qafarova ilə Monteneqro Parlamentinin sədri Andriya Mandiçın görüşü olub.
Bu barədə Sahibə Qafarovanın "X" sosial media hesabında paylaşım edilib.
"Azərbaycan və Monteneqro arasında inkişaf edən parlamentlərarası əməkdaşlıq etimad və dostluq prinsiplərinə əsaslanan daha güclü siyasi dialoqun və daha sıx ikitərəfli əlaqələrin inkişafına töhfə verir", - paylaşımda qeyd olunub.
.
