Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 261 min ABŞ dolları dəyərində 61 ton ördək əti idxal edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 30 % çoxdur.
Hesabat dövründə Azərbaycana Braziliyadan 110,8 min ABŞ dolları dəyərində 24 ton (1 il əvvəl tədarük olmayıb), Rusiyadan 103,4 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 15 % az) dəyərində 31,6 ton (+14 %), Fransadan 26,3 min ABŞ dolları dəyərində 1,7 ton (1 il əvvəl tədarük olmayıb), Macarıstandan 9,7 min ABŞ dolları (-74 %) dəyərində 2 ton (-80 %), Tailanddan 7,6 min ABŞ dolları dəyərində (+137 dəfə) 1,6 ton (+159 dəfə) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 63 ton ördək ətinin 71 %-i Rusiyanın payına düşüb.
.
