Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,35 ABŞ dolları və ya 6,6% ucuzlaşaraq 90,5 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 96,85 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

.