Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 610 min barel olub.

Yenizaman-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 500 min barelini xam neft, 110 min barelini isə kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 73,1 % istifadə edib.

“OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

.