Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 664,958 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,7 % çoxdur.
Hesabat dövründə xarici investisiyaların 3 milyard 592,6 milyon manatı (97,9 %-i) Böyük Britaniya, BƏƏ, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.
Qeyd edək ki, 11 ayda Azərbaycanda əsas kapitala 16 milyard 658,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çox investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 8,5 % azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 8,3 % artıb.
.
