2025-ci il oktyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları ( bank və qeyri-bank birlikdə) 31 milyard 41.8 milyon manat təşkil edib.

Yenizaman Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 6% çoxdur.

2024-cü ilin oktyabr ayının 1-i ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 9.3% və ya 2 milyard 637.2 milyon manat artıb.

Qeyd edək ki, bu dövrdə dövlət bankları tərəfindən kredit qoyuluşları 7 milyard 590.2 milyon manat, özəl banklar tərəfindən 21 milyard 686.1 milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 1 milyard 765.5 milyon manat təşkil edib.

Xatırladaq ki, hesabat tarixinə bankların kredit portfelinin həcmi 29 milyard 276.3 milyon manata bərabər olub ki, bunun da 15 milyard 544.6 milyon manatı biznes kreditləri, 9 milyard 183.5 milyon manatı istehlak kreditləri, 4 milyard 548.2 milyon manatı isə ipoteka kreditləri olub.

.