2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən beynəlxalq münasibətlərə 528,5 milyon manat vəsait ayrılacaq ki, bunun da 230 milyon manatı xaricdəki diplomatik nümayəndəliklərin - səfirlik və və konsulluqlarının saxlanılmasına yönəldiləcək.

Bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Büdcə zərfinə əsasən, həmin vəsaitin 25 milyon manatı beynəlxalq və regional təşkilatlara üzvlük haqqı, 7 milyon manatı beynəlxalq fəaliyyət və bu qəbildən olan tədbirlər, 224 milyon manatı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, 42,5 milyon manatı beynəlxalq maliyyə-kredit təşkilatlarına üzvlük haqqı üçün nəzərdə tutulub.

.