2023-cü ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 60min barel olub.

Yenizaman-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 482 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 70,5 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

.