Azərbaycan və BMT ölkəmizin “yaşıl enerji” keçidi üzrə fəaliyyətinə dair səmərəli müzakirələr aparıb.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə COP29-a hazırlıq işləri, qarşılıqlı əməkdaşlıq və Azərbaycanın “yaşıl enerji” keçidi üzrə fəaliyyətinə dair səmərəli müzakirələr apardıq”, - deyə nazir qeyd edib.

.