
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 1 milyard 522 milyon ABŞ dolları dəyərində 88 738 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Yenizaman Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 63,3 % və 32,7 % çoxdur.
11 ay ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 69 % azalaraq 116 ədəd (7,5 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 32,75 % artaraq 81 824 ədəd (1 milyard 377,4 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 12 749-ü (332,4 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 2 737-i (111,1 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 21,6 %, ikincinin isə 6,6 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 41,9 % artaraq 6 464 ədəd (101,5 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 11,7 % artaraq 334 ədəd (36 milyon ABŞ dolları dəyərində) olub.
.