İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənədə əsasən, İqtisadiyyat Nazirliyi kommunal xidmətlərdən istifadəyə görə bu Qərara uyğun olaraq maliyyə yardımı alan işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların uçotunun aparılmasını təmin etməlidir.

Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Neft Şirkəti, “Azərenerji” və “Azərişıq” bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.

.