Avropa Komissiyası 2027-ci ildən etibarən Aİ ölkələrinin Rusiyadan qaz almasına qoyulan qadağanın təsdiqindən sonra nüvə yanacağının idxalına da analoji məhdudiyyət tətbiq etməyə hazırlaşır.
Bu barədə Avropa Komissiyasının nümayəndəsi Anna-Kayса İtkonen Brüsseldə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiyadan nüvə yanacağının idxalına qadağa qoyulmasını nəzərdə tutan sənəd hazırlanma mərhələsindədir.
“Bu qadağa üzərində iş aparılır. Bu məsələ daha mürəkkəbdir, ona görə də sənədin nə vaxt təqdim olunacağını dəqiq deyə bilmərəm, lakin bu, uyğun zamanda baş verəcək”, – İtkonen Avropa Komissiyasının Rusiyadan nüvə yanacağına qadağa planları ilə bağlı suala cavabında qeyd edib.
Bildirilir ki, Avropa Komissiyası bu addımı Aİ-nin enerji təhlükəsizliyini gücləndirmək və Rusiyadan asılılığı azaltmaq məqsədi ilə atmağı planlaşdırır.
.
