Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası Ermənistanın Azərbaycana qarşı bir sıra cinayətlərinə baxacaq.

Bu barədə Məhkəmə xəbər verir.

Şikayət Avropa İnsan Haqları Məhkəməsinə 2020-ci ilin oktyabrında verilib.

Qanun pozuntuları əsasən ikinci Qarabağ müharibəsi dövründə törədilmiş cinayətlərə aiddir və mülki şəxslərə, habelə mülki və dövlət əmlakına və infrastruktura qarşı hücumları, edamlar, hərbi qulluqçu və mülki şəxslərlə kobud davranma və zədə yetirmə, hərbi əsir ələ keçirmə və saxlamanı əhatə edir.

Bundan əlavə, Azərbaycan 1992-ci ildən bəri bir sıra konvensiyaların pozulmasına, o cümlədən yüz minlərlə azərbaycanlının evlərindən didərgin düşməsinə, müvafiq istintaq aparılmadan Azərbaycan vətəndaşlarına qarşı pis rəftar və onların itkin düşmələrinə, mədəni və dini dəyərlərin məhv edilməsinə görə Ermənistanın cavabdeh olduğunu bildirir.

.