Bu il Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının müəyyən oyunları təxirə salına və yaxud tamaşaçılarsız keçirilə bilər.
APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb terrorla bağlı təhdidlərdir.
"Hələ ki mümkün təhdidlərə dair məlumatımız yoxdur, lakin hər şeyə hazır olmalıyıq”, - deyə UEFA nümayəndəsi bildirib.
Xatırladaq ki, ötən il, noyabrın 13-də Fransa-Almaniya matçı keçirildiyi anlarda Parisdə bir neçə terror aktı törədilmiş, ümumilikdə 130 nəfər
