Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
ANS PRESS-in xəbərinə görə, ilk oyun günündə baş tutan yeganə oyun Madriddə keçirilib.
Görüşdə İspaniya La liqasının lideri "Atletiko Madird” öz meydanında "Çelsi”ni sınağa çəkib.
2 il əvvəl Superkubokda 4:1 hesabı ilə İngiltərə klubunu darmadağın edən prineylilər bu dəfə həmin oyunu göstərə bilməyiblər. Belə ki, bu görüşdə qapılara qol vurulmayıb - 0:0.
Oyun "Atletiko"nun böyük ərazi üstünlüyü şəraitində keçib. Lakin madridlilərin bütün cəhdlərinə baxmayaraq, London klubunun müqavimətini qıra bilməyiblər. Klubların cavab oyunu isə aprelin 30-da Londonda baş tutacaq.
Qeyd edək ki, yarımfinalın digər oyunu "Real" (Madrid) - "Bavariya" qarşılaşması isə sabah axşam keçiriləcək.
Çempionlar Liqası, yarımfinalın ilk oyunları
22 aprel
23:45. "Atletiko" (Madrid, İspaniya) - "Çelsi" (İngiltərə) - 0:0
Baş hakim: Yonas Eriksson (İsveç)
Madrid. "Visente Kalderon" stadionu,
"Atletiko": Kurtua, Qodin, Felipe Luis, Xuanfran, Miranda, Mario Suarez, Koke, Raul Qarsiya, Qabi, Dieqo Ribas, Dieqo Kosta
"Çelsi": Çex, Eşli Koul, David Luis, Kehill, Terri, Aspilikueta, Ramires, Lempard, Mikel, Villian, Torres
.
