İspaniya superkubokunun ilk oyunu keçirilib.

Bilbaoda keçirilən matç gözlənilməz hesabla başa çatıb. Belə ki, Avropa Liqasının III təsnifat mərhələsində Bakının "İnter” klubunu mübarizədən kənarlaşdıran "Atletik” "Barselona”nı 4:0 hesabı ilə məglub edib

Qeyd edək ki, "Atletik”in təcrübəli hücumçusu Aritz Aduris matçda "xet-trik”-ə imza atıb.

Komandalar arasında cavab oyun avqustun 18-də Barselonada keçiriləcək (APA).

14 avqust

İspaniya superkuboku, ilk oyun

"Atletik" (Bilbao) - "Barselona" - 4:0

Qollar: San Xose, 13, Aduriz, 53, 62, 68
.