
Astara yük terminalının tikintisinin gələn ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.
Nazirlər Kabineti xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzirpaş arasında bu gün İran İslam Respublikasının Astara şəhərində keçirilmiş görüşün nəticələrinə dair kommünikedə deyilir.
Həmçinin Astaraçay üzərində avtomobil körpüsünün gömrük və sərhəd infrastrukturunun yaradılmasının tezliklə tamamlanmasının zəruriyi bildirilib.
Görüş zamanı iki ölkə arasında regional və beynəlxalq nəqliyyat və kommunikasiya, o cümlədən enerji layihələri ilə bağlı məsələlər müzakirə olunub.
.