"Arsenal”ın baş məşqçisi Arsen Venger yaxın vaxtda klubla müqavilə müddətini artıracaq. Artıq rəhbərliklə 65 yaşlı mütəxəssis arasında aparılan danışıqlar yekunlaşmaq üzrədir.
İngiltərə mətbuatı yazır ki, fransalı çalışdırıcı "Arsenal”la 3 illik müqavilə imzalayacaq. Onun illik məvacibi isə 8 milyon funt sterlinq təşkil edəcək.
.
