Qazaxıstanın "Kayrat" klubunun futbolçusu Andrey Arşavin Almatıda jurnalistin başını qırxıb. Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb jurnalist Pyotr Volkovunun Arşavinə mərcdə uduzması olub. Mərcə görə, Volkov Arşavinin Qazaxıstan çempionatında 8 qoldan artıq qol vura bilməyəcəyini demişdi. Rusiyalı hücumçu isə 8-ci qolunu vurandan sonra jurnalistin başını şəxsən özü qırxacağını deyib və vədinə əməl edib. |
