2023-cü ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimal olunur.
Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televizyasına müsahibəsində deyib.

"Ermənistanla Azərbaycan arasında çox intensiv danışıqlar aparılır. İntensivlik bu cür davam edərsə və beynəlxalq birliyin güclü köməyi olarsa ilin sonuna qədər sülh sazişinin imzalaması imkanı var. Biz razılaşmanı mümkün qədər tez imzalamaq əzmindəyik", - deyə Qriqoryan bildirib.

Qriqoryan: "Azərbaycan-Ermənistan sərhədində nəzarəti Rusiya deyil, Ermənistan həyata keçirəcək"

Azərbaycan-Ermənistan sərhədində nəzarəti Rusiya deyil, Ermənistan həyata keçirəcək.
Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televizyasına müsahibəsində deyib.
“Bu, artıq bütün iştirakçı tərəfdaşlara aydındır ki, sərhədlərə bütün nəzarət Ermənistan tərəfinin nəzarəti altında olacaq", - deyə o qeyd edib.
 

.