Braziliyada keçirilən futbol üzrə dünya çempionatının finalında Argentina millisinin məğlub olmasından sonra ölkənin paytaxtı Buenos-Ayresdə iğtişaşlar başlayıb.
Bu barədə azvision.az "Frans Press” agentliyinə istinadən xəbər verir. Polislə baş verən toqquşmalar nəticəsində 7 nəfər yaralanıb, 40-dan çox etirazçı isə hüquq-mühafizə oqranları əməkdaşları tərəfindən saxlanılıb. Polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, italiyalı baş hakim Nikola Ritsolinin idarə etdiyi Almaniya-Argentina oyununun əsas vaxtında hesab açılmayıb. Qalib matça əlavə olunmuş 30 dəqiqədə müəyyənləşib. Görüşün 114-cü dəqiqəsində almaniyalı futbolçu Mario Götze hesabı açıb. Oyun bu hesabla da bitib.
.