Madrid "Atletiko"sunda yanvar ayının ən yaxşı futbolçusunun adı açıqlanıb. Bu ada İspaniya təmsilçisinin türkiyəli yarımmüdafiəçisi Arda Turan layiq görülüb.
Azarkeşlər tərəfindən ən yaxşı seçilən və "beş ulduzlu futbolçu" mükafatını alan Arda fikirlərini belə izah edib: "Məni bu mükafata layiq gördükləri üçün çox xoşbəxtəm. Ümid edirəm ki, bu çıxış davam edər, kuboklar qazanarıq. Hər şey yaxşı gedir, amma əsas odur ki, sonunu yaxşı bitirək. Son oyunumuz uğursuz alındı, amma həmişə "Atletiko”ya yaraşan şəkildə mübarizə aparacağıq."
.