"El Mundo Deportivo” və "Marca”-nın verdiyi xəbərə görə "Barcelona” "Atletico Madrid”dən Arda Turanı transfer edib.

Mənbələrin verdiyi xəbərə görə, keçid katalon klubuna 35 milyon avroya başa gəlib. Müqavilənin müddəti isə 5 illikdi.

İspan klubundan başqa PSG, "Manchester United” və "Chelsea” da futbolçuya elçi düşsə də Ardanın "Barca”da oynamaq istəyi daha çox olub.

Qeyd edək ki, "Barcelona”nın 2016-cı ilə qədər transfer cəzası olduğundan Arda da Vidal kimi ancaq gələn ilin yanvar ayından forma geyinə bilər. O zamana qədər isə "Galatasaray”da icarə əsasında və yaxud "Barcelona B”də çıxış etməsi daha real görünür.

.