Füzuli şəhərinin su təchizatında kanalizasiya sistemlərinin, eyni zamanda yağış sularının yenidənqurma layihəsi ilə bağlı işlər davam edir.

Bunu “Report”a açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.

O bildirib ki, artıq Füzulidə mənbə müəyyənləşdirilib. Artezian və subartezian quyuları da olacaq. Subartezian quyuları zonasında anbar tikiləcək.

“Oradan şəhərə magistral kəmər tikiləcək və paylayıcı şəbəkə olacaq. Artıq bu istiqamətdə hazırlıq işləri görülür. İlin sonunadək Füzuli şəhərinə suyun verilməsi planlaşdırılır. İlkin plan belədir ki, 2023-cü il ərzində Füzuli şəhərinə yeni mənbədən suyun verilməsi təmin olunacaq”, - deyə A.Cəbrayıllı vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyub.

"Azərsu": "Qarabağdakı içməli su layihələrinin hamısı "ağıllı layihə"lər olacaq"

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki içməli su layihələrinin hamısı "ağıllı layihə"lər olacaq.

Bu barədə  "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.

"Suyun mənbələrdən götürülməsi və idarə edilməsi SCADA sistemi vasitəsi ilə həyata keçirləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Azərbaycan Dövlət su Ehtiyatları Agentliyinə sifarişlər daxil olub. Qarabağda 30-dan artıq kənd və qəsəbə üzrə su təchizat sistemlərinin layihələndirilməsi işləri həyata keçirilir. Bu il bu layihələr yekunlaşacaq. Artıq bəzi qəsəbələrdə tikinti işlərinin başlanılması planlaşdırılır. İlk dəfə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək layihələrdə həm içməli su, həm kanalizasiya, həm də yağış sularının idarə olunması ilə bağlı məsələlər öz əksini tapıb", - deyə o qeyd edib.

.