Azad edilən ərazilərdə Vətən müharibəsindən sonra 63 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, ümumilikdə 80 958 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib: "Vətən müharibəsində şanlı Ordumuzun Qələbəsindən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş və müharibə təsirinə məruz qalmış ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi istiqamətində fəal iş aparır".

Vətən Müharibəsindən sonra mina qurbanlarının sayı açıqlanıb

2020-ci ilin 10 noyabr tarixindən bugünədək mina partlayışları nəticəsində 282 nəfər minaların qurbanı olub.

Bunu Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov bildirib.

O qeyd edib ki, mina hadisələri zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər həlak olub: “Təəssüflər olsun ki, mina qurbanların sayı artmaqda davam edir”.

ANAMA sədri: İki ildə bir sıra strateji layihələr icra olunub

İki il ərzində bir sıra strateji layihələrin icrası başa çatdırılıb.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, 2021-ci ildə Zəfər yolu, Ağdam-Bərdə dəmir yolu xətti ilə bağlı işlərin icrası başa çatdırılıb: "Ötən il ərzində çox mühüm layihə hesab edilən Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə əsas xəttin mina və partlayıcı vasitələrdən təmizlənməsi başa çatdırılıb. Bundan başqa, Horadiz-Ağbənd avtomobil yolu ilə bağlı layihənin icrası tamamlanıb. Bizim missiyamız azad olunmuş ərazilərdə icra olunan layihələrin müşayiət olunmasından ibarətdir".

ANAMA rəhbəri qeyd edib ki, hər ilin sonunda Nazirlər Kabineti tərəfindən icra olunan layihələr təsdiq olunur: “Biz də bu plana uyğun olaraq, ərazilərdə təmizlənmə əməliyyatlarını həyata keçiririk”.

.