İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, ANAMA-nın əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

O, hadisə yerindən təxliyə edilərək rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.

.