
Kəlbəcərin Çıraq kəndində mina partlayışının baş verdiyi əraziyə baxış keçirilib və ərazidən dəlillər götürülüb.
APA-nın Kəlbəcərdə mina partlayışı baş vermiş əraziyə ezam olunan müxbiri xəbər verir ki, bunu ANAMA-nın Göygöl Regional Təlim Mərkəzinin təlimatçısı Vasif Cəbrayılov deyib.
O qeyd edib ki, ilkin ehtimala görə, ərazidə partlayan "TM 62-M" tipli tank əleyhinə minadır:
“Götürdüyümüz dəlillər də həmin minanın hissələrinə bənzəyir. Qeyd edim ki, "TM 62-M" tipli mina təzyiqlə işə düşür və tərkibində 7,5 kiloqram partlayıcı maddə var”.
.