Son iki ayda Mərkəzi Bankda valyuta hərracı keçirilməyib.

Bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

O qeyd edib ki, bazarda valyuta təklifi tələbi kəskin üstələyib:

"Buna görə də AMB valyuta bazarına aprel ayında müdaxilə etdi və AMB-nin ehtiyatları 12,7 mlrd. dollara çatdı. Bu prosesləri nağd bazarında da görürük. Burada da təklif tələbi üstələyir. Qarşıdakı 2-3 ayda valyuta bazarında cari vəziyyət davam edəcək. Ehtimal olunur ki, AMB ilin sonunda yenidən valyuta bazarına müdaxilə etsin”, - Taleh Kazımov əlavə edib.

.