Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İrandan ölkəsinə qaz təchizatının dayandırılması barədə iddiaları təkzib edib.
"Report" xəbər verir ki, nazir Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bu barədə bildirib.
"Belə bir şey yoxdur. Təbii qaz təchizatı ilə bağlı heç bir problem yoxdur. Anbarlar 71 faiz doludur", - o deyib.
Nazir təbii qaz təchizatı ilə bağlı ümumiyyətlə heç bir problemin olmadığını vurğulayıb: "İrandan qaz tədarükü davam edir".
.
