ABŞ-la əlaqələri tamamilə kəsmək yaxşı düşünülməmiş ideyadır.
Bunu Almaniya kansleri Fridrix Merts Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.
“Bəzi insanlar Avropanın ABŞ-la tərəfdaşlıq əlaqələrini kəsməsini tələb edir. Mən bu məsələ ilə bağlı narahatlıq və qayğıları yaxşı anlayıram. Hətta bəzi narahatlıqları bölüşürəm də. Amma, əlaqələri kəsməklə bağlı iddialar yaxşı düşünülməmiş fikirlərdir. Bu fikirlər Avropadakı geosiyası vəziyyəti nəzərə almır”,- Merts bildirib.
Almaniya kansleri Çinin qlobal təsiri ilə bağlı danışarkən qeyd edib ki, Çin strateji səbr vasitəsilə dünyada geosiyası nizamı yenidən formalaşdırmağa çalışır və bu ölkə hərbi sahədə ABŞ-la eyni səviyyədə ola bilər.
“Çin sistemli şəkildə başqalarının asılılıqlarını beynəlxalq sistemi öz lehinə dizayn etmək üçün istifadə edir”,- Merts vurğulayıb.
Avropa öz potensialından lazımi qədər istifadə etməyib.
Bunu Almaniya kansleri Fridrix Merts Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.
“Rusiyada hazırda ÜDM 2 trilyon avro təşkil edir. Avropa İttifaqında bu rəqəm 10 dəfə daha yüksəkdir. Buna baxmayaraq, Avropa Rusiyadan 10 dəfə güclü deyil”,- Merts qeyd edib.
O bildirib ki, Avropanın hərbi, siyasi, iqtisadi və texnoloji sahələrdə potensialı böyükdür.
“Təəssüf ki, biz bu sahələrdə olan potensialımızdan uzun müddətdir ki, kifayət qədər istifadə etməmişik. İndi başa düşmüşük ki, böyük güclərin hökmranlıq dövründə bizim təhlükəsizliyimizi bizə heç kim verməyəcək, təhlükəsizliyimiz təhlükə altındadır”,- Almaniya kansleri xəbərdarlıq edib.
Hazırda Rusiya ilə danışıqlara başlamağın mənası yoxdur
Avropanın ABŞ-ın hazırda etdiyi kimi Rusiya ilə danışıqlara başlamasının mənası yoxdur.
Bunu Almaniya kansleri Fridrix Merts Münxen Təhlükəsizlik Konfransında deyib.
“Danışmağın mənası varsa biz danışmağa hazırıq. Amma ABŞ tərəfinin təcrübəsindən gördüyünüz kimi, Rusiya hələ ciddi danışmaq istəmir,” – kansler bildirib.
Merts vurğulayıb ki, müharibə yalnız Rusiyanın gücü tükəndiyi an başa çatacaq.
“Şəxsi fikrimcə, bu müharibə yalnız Rusiya iqtisadi, siyasi və hərbi baxımdan tükəndiyi zaman başa çatacaq. Biz bu ana yaxınlaşırıq. Mən qeyd etmişdim ki, bunun üçün çox iş görmüşük, amma hələ o an çatmayıb. Biz onların müharibəni davam etdirməyinin mənasız olduğunu görəcəyi vəziyyətə gəlmələri üçün lazım olan hər şeyi etməliyik”, – Merts bildirib.
O əlavə edib ki, bunu ABŞ, Avropa və Ukrayna birgə səylərlə etməlidir.
.
