Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatı-2014-ün ilk yarımfinal oyununda qeydə alınan hesab bütün proqnozları alt-üst etdi.
Yenizaman.az-ın məlumatına görə, finala çıxmaq uğrunda üz-üzə gələn Cənubi Amerika təmsilçisi Braziliya Avropa təmsilçisi Almaniya qarşısında aciz duruma düşüb.
"Alman maşını” elə 1-ci hissədəcə Braziliyanı "əzib” – 5:0.
İkinci hissədə hesab almanların xeyrinə bir qədər də artıb – 7:0.
Sonda Braziliya özündə güc tapıb qollardan birinin əvəzini çıxa bilib.
Almaniya - Braziliya - 7:1
Qollar: Müller, 11 (1:0:), Kloze, 23 (2:0), Kros, 24 (3:0), 26 (4:0), Xedira, 29 (5:0), Şürle, 69 (6:0), 78 (7:0), Oskar, 90 (7:1)

***

Dünya Çempionatının yarımfinalında Braziliya yığmasının Almaniyaya 7:1 hesabı ilə uduzmasından sonra qəzəbləmiş azarkeşlər ölkədə bir neçə şəhəri viran qoyublar. ANS PRESS-in məlumatına görə, San-Paulu şəhərində azarkeşlər bir neçə avtobus və maşın yandırıb. Polisin son məlumatlarına əsasən oyun bitdikdən sonra naməlum qrup 2 avtobus yandırıb. Eləcə də yerli mağazalardan oğurluq hadisələri də qeydə alınıb. Bunula belə polis bir neçə asayiş pozucusunu yaxalaya bilib.
Resifi şəhərində isə oyunun bitməsini gözləməyiblər. Braziliyalıların oyunun 29-cu dəqiqəsində 5 cavabsız qol buraxması ilə iğtişaşlara start verilib.
Riodada 5-ci qoldan sonra azarkeşlər artıq tribunanı tərk etməyə başlayıblar. Küçələr qarışmağa başlayıb. Hirsli tərəfdarları polis sakitləşdirməyə çalışsa da, bacara bilməyib. Atəş yandırıb barrikada quran tərəfdarlar polisi daş yağışına tutub.
.