
Almaniya ABŞ istehsalı olan 15 ədəd əlavə "F-35" qırıcısı sifariş etmək niyyətindədir.
Bu barədə "Der Spiegel" nəşri ölkənin Müdafiə Nazirliyinin Bundestaqın büdcə komitəsinə təqdim etdiyi sənədə istinadən məlumat yayıb.
Sənədlərə əsasən, bu qırıcıların ABŞ-nin "Lockheed Martin" şirkətindən alınması üçün 2,5 milyard avro büdcə qiymətləndirilir.
Bundan əlavə, Müdafiə Nazirliyi 20 ədəd "Eurofighter" qırıcısı sifariş edib.
.