"Arsenal”ın hücumçusu Alexis Sanchez növbəti seks skandalı ilə gündəmə gəlib.
Hücumçunun qeyri-rəsmi sevgilisi onu tərk edib və ayrılıq səbəblərini bütün detalları ilə mediaya açıqlayıb.
Valentina Roth – gimnastdır. Sanchez ilə münasibətləri 2010-cu ilin aprel ayından başlayıb. Onun dediklərinə görə Sanchezlə o 7-8 dəfə birlikdə gecə keçiriblər.
Axırıncı görüşlərində Roth vanna otağından səslər eşidib, yaxınlaşıb qapını açanda "Arsenal”ın iki oyunçusunun onları mobil telefonla videoya çəkdiklərini görüb. Telefonu alıb qırdıqdan sonra oteli tərk edib.
"O, "Arsenal” azarkeşlərinin sevimlisi ola bilər mənim üçün isə elə bir adam artıq yoxdur. Mən onu silmişəm. qadınla belə rəftar etmək olmaz. Mən onu bağışlamayacam. O düşünməli idi ki, onun bacısına və yaxud anasına qarşı belə edilsə xoşuna gələrdimi”.
Roth açıqlama verdikdən sonra ölümlə hədələndiyini və anonim mesajlar aldığını bildirib.
Xatırladaq ki, Alexis Sanchez bundan əvvəl Laia Grassi adlı sevgilisindən də seks münasibətlərinə görə ayrılmışdı. Əsas səbəb isə Laianın ondan həddindən artıq "sevgi” istəməsi olmuşdu.
.