Albaniya parlamenti İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.
APA xəbər verir ki, bu barədə Albaniya parlamentinin bəyanatında bildirilib.
Bəyanatda deyilir ki, Albaniya İranı terrorizmi dövlət səviyyəsində dəstəkləyən ölkə kimi tanıyır.
“Albaniya parlamenti İran İslam Respublikasını terrorizmi dəstəkləyən və terror vasitələrindən öz xarici siyasət məqsədləri üçün istifadə edən ölkə elan edir”, - parlamentin bəyanatında qeyd olunub.
Qeyd edək ki, Albaniya 2022-ci ildə İranı dövlət strukturlarına kiberhücumda ittiham edib və Tehranla əlaqələri kəsib.
.
